
Pre-qualification form
BƏYANNAMƏ
Biz, aşağıda imza edən(lər) qiymətləndirmədən keçmək üçün müraciət edirik və bildiririk ki:
(a) Qiymətləndirmə sənədlərini tam tədqiq etmişik;
(b) Başa düşürük ki, Sizin qiymətləndirmədən keçmiş təchizatçıları tenderə dəvət etmək öhdəçiliyiniz (məcburiyyətiniz) yoxdur;
(c) Ərizədə olan və təqdim edilən sənədlərdə verilən bütün məlumatlar və bəyanatlar doğrudur və bizdə olan məlumatlara görə tam reallığı əks etdirir;
(d) Biz cari və ya gələcək fəaliyyətimiz çərçivəsində konfidensial məlumatları (Tərəflər barədə yazılı (elektron, faks, çap, əlyazma, fotoşəkil, fotosurət) və ya şifahi məlumat, onun işi, təsisçiləri, onunla bağlı müəssisələr və o müəssisələrlə də bağlı olan digər müəssisələr barədə, bununla məhdudlaşmayaraq, müştərilər, qiymətlər, gəlir, satış məlumatı, xidmətlər, məhsullar, məhsulun yaradılması məlumatı, ödənişlər barədə məlumat, əməkdaşlar haqqında məlumat, işçilərin qiymətləndirməsi və əmək haqqı, əməliyyat metodları, texnologiyalar, ideyalar, proqnozlar, nou-xau, əmtəə nişanları, loqolar, patentlər, proqram təminatı, dizaynlar, mənbə kodları, intellektual mülkiyyət hüquqları, ticarət sirləri, ixtiralar, texniki proseslər, biznes planları, həmçinin qanunvericilik, işgüzar təcrübədə və Sifarişçi tərəfindən Konfidensial məlumat (kommersiya sirri) hesab edilən məlumatlar) hər hansı formada (yazılı, şifahi, texniki vasitələrdən istifadə etməklə və s.) yaymamaq, açıqlamamaq və ya sizin yazılı razılığınız olmadan digər üçüncü şəxsə/şəxslərə verməmək və ya digər məqsədlərlə istifadə etməmək öhdəliyini qəbul edir və müvafiq məlumatların qeyri-qanuni yolla əldə edilməsinə və ya yayılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığımız anlayırıq;
(e) Satınalma zamanı birbaşa və ya dolayı yolla korrupsiya, saxtakarlıq, dələduzluq, gizli sövdələşmə, zorakılıq və ya rüşvətxorluq hallarına yol verdikdə, eləcə də burada bəyan edilənlərin hər hansı birinin sonradan müəyyən edilən faktlar əsasında səhv olmaması sübut olunduğu təqdirdə “PAŞA Property Management” MMC müəssisəsinin keçirməkdə olduğu və gələcəkdə keçiriləcək bütün satınalma proseslərindən kənarlaşdırılacağımızı və buna görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığımız anlayırıq;
(f) Bu sənədi təsdiq edən şəxsə şirkətimizi təmsil etmək və şirkət adından hüquqi sənədləri imzalamaq səlahiyyət verilmişdir.